Sabah "Sevgililər günü"dür. Bu, hər il fevralın 14-də qeyd olunan və sevgililər arasında eşq və romantikanı qeyd etmək üçün gözəl fürsət verir.
Bu özəl günü qeyd edərkən, bürcünüzə görə gündəlik ulduz falı şərhləri çox maraqlı ola bilər. Hər bürcün fərqli xüsusiyyətləri və davranışları olduğu üçün bu xüsusi gündə onların nə yaşaya biləcəyini öyrənməyə nə deyirsiniz?
BAKU.WS xarici mətbuata istinadən sabah bürclərin başına nələr gələcəyini təqdim edir:
Qoç
Bu gün Qoçlar vacib qərarlar qəbul edə bilərlər. Altıncı hissiniz sizi düzgün yönləndirə bilər. İş həyatınızda yeni fürsətlər yaxalaya bilərsiniz.
Buğa
Bu gün Buğa bürcləri üçün münasibətlərdə qarşılıqlı əlaqə ön planda ola bilər. Münasibətlərinizdə səmimi və açıq olmaq vacibdir. Lazımsız münaqişələrdən qaçının.
Əkizlər
Bu gün Əkizlər üçün maddi məsələlər gündəmdə olacaq. Maddi vəziyyətinizi gözdən keçirin. Ani xərclərdən qaçın.
Xərçəng
Bu gün Xərçənglər duyğusal olaraq həssasdır. İş həyatında səbrli olun. Mativasiyanızı yüksək tutun!
Şir
Şirlər özlərinə vaxt ayırmalıdırlar. Ehtiyaclarınızı və istəklərinizi dəqiqləşdirmək üçün yaxşı vaxtdır. Münasibətlərdə özünüzə güvəninizi qoruyun.
Qız
Qızlar üçün iş həyatı öndə olacaq. Kollektivlə çalışarkən başqalarına dəstək olmağı unutmayın.
Tərəzi
Bu gün emosional baxımdan kifayət qədər balanslı olacaqsınız. Sevgilinizlə romantik bir gün keçirərək aranızda olan tarazlığı qorumaq istəyəcəksiniz. Münasibətlərinizi gücləndirəcək və sevgi dolu bir gün keçirəcəksiniz.
Əqrəb
Bu gün Əqrəblər üçün duyğusal keçəcək. Münasibətlərdə açıq və dürüst olmaq vacibdir. İş həyatınızda məsuliyyətlərinizi dərk etməyə çalışın.
Oxatan
Bu gün Oxatanlar üçün səyahət və yeni təcrübələr ön planda ola bilər. Fərqli mədəniyyətləri kəşf edə, yeni insanlarla tanış ola bilərsiniz.
Oğlaq
Bu gün Oğlaq bürcləri üçün maddi məsələlər daha önəmlidir. Xərclərinizi nəzarətə almaq və büdcənizi tənzimləmək üçün əla fürsətlər olacaq.
Dolça
Bu gün Dolçalar üçün sosial münasibətlər ön planda olacaq. Dostlarınızla vaxt keçirmək və dəstək olmaq sizə yaxşı təsir bağışlayacaq. Öz mənəvi ehtiyaclarınızı da göz ardı etməyin.
Balıq
Bu gün Balıqlar üçün daxili hüzur və rahatlıq pn plandadır. Meditasiya və yoqa kimi məşğuliyyətlər sizə yaxşı təsir bağışlayacaq. Səbrli olmalısız, hədəfləriniz bəllidir.