Arıqladıcı kofe və çayların təsiri...

MARAQLI
21:25 / 15.02.2024
586

Son günlər müxtəlif sosial şəbəkələrdə məşhur simaların reklam etdikləri arıqlama kofe və çayları barədə çox danışılır. 

Terapevt Şəfa Seyidova Hit.az-a deyib ki, bu tip çay və kofelər bağırsağın təbii inkiafına mane olur, tənbəllik yaradır. Bi müddətdən sonra istifadə edən şəxsdə ağır qəbizlik və ya qarşısı alınmaz ishal xəstəliyi də yaranır: 

"Tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir. Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur.

Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bunula yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir”.

Sevinc

0