İsrail haqqında maraqlı 10 FAKT

MARAQLI
19:20 / 16.02.2024
670

Bu gün dünyanın yeganə yəhudi dövləti olan İsrail haqqında bəzi məlumatlara nəzər salacağıq. 

İsrail 21,937 km² ərazisi ilə dünyanın ən kiçik ölkələrindən biridir. Maraq üçün qeyd edək ki, İsrailin ən şərq nöqtəsindən ən qərb nöqtəsinə sadəcə bir gündə piyada gedə bilərsiniz. Ümumiyyətlə, İsrail ərazisinə görə dünyada 148-ci, əhalisinə görə isə 93-cü sıradadır. İsrail ərazi cəhətdən kiçik bir ölkə olsa da çox inkişaf edib. Bu inkişafı başda hərbi və səhiyyə olmaqla, bir çox sahədə görmək mümkündür. Ölkənin rəsmi dili isə ivrit dilidir. 

Bəs İsrail haqqında nələri bilirik? 

Hit.az İsrail haqqında ən maraqlı 10 məlumatı təqdim edir:

1. İsrail əhalisi ən çox artan ölkələrdən biridir. Tövratdakı əsas tələblərdən birinin uşaq dünyaya gətirmək olması bu artıma səbəb olur. Hətta ölkədə süni mayalanma dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir. 
2. İsraildə 18-32 yaş arasında olan yəhudi gəncləri ödənişsiz olaraq ölkədə səyahətə çıxarılır. Bunun xərcləri isə yəhudi təşkilatı tərəfindən qarşılanır. 
3. İsrail dünyanın inkişaf etmiş 37 ölkəsindən biridir. 
4. Həmçinin, İsrail dünyanın ən böyük 30-cu iqtisadiyyatına sahibdir. 
5. Ölkənin ən önəmli müttəfiqi isə ABŞ-dir. Belə ki, ABŞ hər il İsrailə 3 milyard dollar yardım edir. 
6. İsrail hərbi sahədə də dünyanın ən qabaqcıl ölkələrindən biridir. Hətta dünyadakı hərbi təchizatın 10 faizi İsrailə aiddir. 
7. İsrail pilotsuz uçuş aparatlarının (PUA) 60,7 faizini təkbaşına istehsal edir. Ölkənin milli gəlirinin 6 faizi də hərbi müdafiəyə sərf olunur.
8. İsraildə ailələrə övladları 18 yaşına çatana qədər aylıq müavinət verilir. 
8. İsraildə qadınların da hərbi xidmətə getməsi məcburidir. Kişilərin hərbi xidmət müddəti 2,5 il, qadınların isə 2 ildir. Hətta ordunun 40 faizini qadınlar təşkil edir. 
9. Lakin İsraildə hərbi xidmət başa çatdıqdan sonra da 42 yaşa qədər ildə 1 ay əsgər olmaq məcburidir. 
10. İsrail ən çox nobel mükafatı qazanan 12-ci ölkədir. Bu siyahının ilk üç sırasında ABŞ, Böyük Britaniya və Almaniya yer alır. 

Pərviz

0