Əməliyyat zamanı xəstə narkozdan ayıla bilər? - Həkim rəyi

MARAQLI
17:33 / 27.02.2024
756

"Əməliyyat zamanı xəstə narkozdan ayıla  və ağırını hiss edə bilər. Bəzən xəstəyə narkoz vurulur, onun bədəni ağrını hiss edir, lakin reaksiya göstərib, cərrahlara xəbərdarlıq edə bilmir".

Bunu Hit.az-a anestezioloq həkim  Həsrət Heybətov söyləyib. Həkimin dediyinə görə, belə hallar milyonda bir əməliyyatlarda baş verir:

"Narkoz həkimindən çox şey asılıdır. O narkozun dozasını, xəstənin ayılma zamanını düzgün hesablamalıdır, əks halda xəstə vaxtından qabaq ayıla və ya narkozdan heç ayılmaya bilər. Beynin müxtəlif şöbələri var. Ağrını qəbul edən şöbələrə, yəni  baş-beyin qabığına, qabıqaltı törəmələrə, uzunsov beyinə təsir göstərilməklə ağrının hiss edilməsi ləngidilir. Diqqətsizlik edilərsə, bu şöbələrdən biri keyidilməzsə, yuxarıda dediyimiz hal baş verə bilir, amma bu çox az ehtimaldır və 0,2 faiz təşkil edir".

Həkim bildirib ki, narkozdan sonra saçların tökülməsi, dişlərin seyrəlməsi, insanın əsəbi olması, narkozun qusulmaması barədə deyilən fikirlər tamamilə yanlışdır.Çünki narkoz orqanizmdə həll olunur.

Murad

0