Meşələr haqqında maraqlı MƏLUMATLAR

MARAQLI
20:16 / 27.02.2024
933

Meşələr həyatımızda önəmli bir yerə sahibdir. 

Çünki nəfəs almağımız üçün tələb olunan oksigenləri buraxan ağaclara ehtiyacımız var. Meşələr isə dünyanı oksigenlə təmin edir. Ümumiyyətlə, meşələr həyatın öz axarında davam etməsində müstəsna rola sahibdir. Bu dəfə də meşələr haqqında maraqlı məlumatları araşdırmışıq. 

Hit.az meşələrlə bağlı ən maraqlı 10 məlumatı təqdim edir:

1. Meşələr Yer planeti səthinin təxminən 31 faizini əhatə edir. Daha dəqiq desək, planetimizin 4,06 milyard hektar ərazini meşələrdən ibarətdir. 
2. Dünyadakı meşələrin 2/3 hissəsi 10 ölkənin payına düşür. 
3. Dünyada ən çox meşə olan ölkə isə 21,1% ilə Rusiyadır. Rusiyanı 12,2 faizlə Braziliya, 8,5 faizlə Kanada, 7,6 faizlə ABŞ və 5,4 faizlə Çin izləyir.
4. Ağaclar dünyanı sərinləşdirir. Araşdırmalar zamanı məlum olub ki, ağaclar temperaturu orta hesabla 8 dərəcə aşağı sala bilir. 
5. Həmçinin, ağaclardan hazırlanan məhsullar ətraf mühitə daha az ziyan vurur.
6. Dünyada təxminən 1,6 milyard insan meşələr sayəsində pul qazanır.
7. Çox təəssüf ki, dünyada hər il 5 milyon hektar meşə məhv edilir. Qorunan meşələr isə sadəcə 17 faizdir. 
8. Dünyanın ən hündür ağacı Hiperiondur. Kaliforniyada yerləşən ağacım hündürlüyü 115,55 metrdir. Əlbəttə ki, o, Ginnesin Rekordlar Kitabına da düşüb. 
9. Meşələrin yağışı təmin etdiyini bilirdiniz? Məsələn, yetkin bir palıd ağacı ildə 151 min litr suyu üzə çıxarır. Yəni meşələr sayəsində havanın rütubətini artır. Havanın rütubətinin 10% artması isə yağıntıların 2-3 dəfə çoxalmasına səbəb olur.
10. Meşələr həm də dünyanı su ilə təmin edir. Hətta Nyu-York, Boqota, Tokio və Barselona kimi dünyanın ən böyük şəhərləri içməli suyun böyük hissəsini qorunan meşələrdən təmin edirlər.

Pərviz

0