Dikdaban ayaqqabıların zərəri…

MARAQLI
22:51 / 27.02.2024
356

Hündür və qədd-qamətli görünmək üçün qadınlar çox vaxt dikdaban ayaqqabılar geyinir. 

Bu ayaqqabılar qadınlarda özünəinam hissi yaratdığı kimi, kişilərin də diqqətini cəlb edir. 

Dikdabanlı xanımlar hansı geyimdə olmasından asılı olmayaraq , daha eleqant və cəlbedici göründüyünü düşünmürlər. 

Ancaq gözəl, cazibədar görünmək üçün geyindiyimiz, saatlarla üzərində durduğumuz dikdabanlı ayaqqabıların sağlamlığımıza ziyanlı tərəfləri də var. 

Belə ayaqqabıların gündə 1 saat istifadəsi dar bir ayaqqabının içində keçirilən 12 saata bərabərdir.

Ayaqların dikdaban içində əyilməsi baldır əzələlərinin qısalmasına və sıxılmasına səbəb olur.

Ayaq biləyi əzələləri bədənimizdə ən sağlam yerdir. 

Bu əzələlər yeriyən vaxt bədənin ağırlığının 3-9, qaçan zaman isə 7 qat ağırlığında yük daşıya bilər. 

Ancaq dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşməsinə səbəb ola bilər. 

Bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və yaralanmalara, sümük çıxılmalarına gətirib çıxarır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki,  dikdaban ayaqqabılar ayaqların fizioloji işləmə prinsiplərini pozur:

 "Belə olan təqdirdə isə həmin şəxslərdə venaların problemləri ortaya çıxa bilər. Bu ona meylli şəxslərdə ola bilər. Biz bilirik ki, ayaqda normada fizioloji tağ var. Bu ayaqdan zərbənin yumşaldılmasını nəzərdə tutub. Ona görə də yastı ayaqlarda bunu daha çox hiss etmək olur. Onlar tez yorulur. Dikdaban ayaqqabı geyinməyə məşq etmək lazımdır. Həm də bu istənilən halda fizioloji deyil. Hündürdaban ayaqqabılar nə qədər hündürdüsə, o qədər də zərərli hesab olunur. Yəni skeletə, onun hərəkətinə, ayaq addımlama zamanı vurulan zərbələrin ötürülməsinə təsir edir. Bu proses bütövlükdə skeletdə nəzərə alınıb”.

Sevinc

0