Atlar dünyanın ən vəfalı və sadiq heyvanlarından biri hesab olunur.
Bu heyvanlar əsrlər boyu insanlara sədaqətlə xidmət ediblər. Üstəlik, bu gün belə dünyanın bəzi yerlərində atlardan geniş istifadə olunur.
Ümumiyyətlə, atlar ilk dəfə miladdan əvvəl 3000-ci ildə evcilləşdirilib. Hazırda isə dünyada təxminən 58 milyondan çox at yaşayır. Dünyada təxminən 300-ə yaxın at növü var.
Onların orta ömrü 20-30 il olur. Sürətləri isə növlərindən asılı olaraq 5-30 km/saat arası dəyişir. İndiyə kimi bir atın maksimal sürəti isə 70.76 km/saat olub.
İndi isə sevimli dostlarımız haqqında digər maraqlı məlumatlara nəzər salaq.
Hit.az atlar barəsində ən maraqlı 10 faktı təqdim edir:
1. Bala atların çəkisi 150-300 kiloqram olur. Yetişkin atların çəkisi isə növlərindən asılı olaraq 380-1000 kiloqram arasında dəyişə bilir.
2. At balası doğulduqdan sadəcə 24 saat sonra sürətli şəkildə qaça bilir.
3. Atların necə yatdığı barədə düşünmüsünüz? Deməli, bu sevimli dostlarımız həm uzanaraq, həm də ayaqüstə yata bilir. Yəni uzaqdan ayaqüstə olduğunu gördüyünüz at əslində yatmış ola bilər.
4. Dünyada quruda yaşayan canlılar arasında ən böyük gözlər atlara məxsusdur.
5. Gözlərdən söz düşmüşkən, atlar 360 dərəcə baxış bucağına da sahibdirlər. Yəni hər tərəfi görə bilirlər.
6. Bir çox canlıdan fərqli olaraq atların yuxularını rəngli formada gördüyü ortaya çıxıb.
7. Atlar çox ağıllı heyvanlardır. Hətta özlərini güzgüdə və şəkildə görəndə tanıya bilirlər.
8. Bəzi canlıların əksinə olaraq atlar ağızlarından nəfəs ala bilmirlər.
9. Həmçinin, atlar da heç vaxt qusa bilmir. Buna səbəb onların qida borularının əks istiqamətdə işləməməsidir.
10. Vəhşi at sürülərində həm erkək, həm də dişi lider ola bilir.
Pərviz