Sahurda nələrə diqqət etmək lazımdır?

MARAQLI
19:32 / 12.03.2024
475

Müqəddəs Ramazan ayında oruc tutan insanların diqqət etmələri olduğu bəzi məqamlar var.

Hit.az xəbər verir ki, oruc tutanlar bütün gün özlərini tox hiss etmələri üçün sahurda tərəvəz və ya salat yemələri tövsiyə olunur.

Belə ki, sahurun ​​ilk çəngəlini karbohidrat tərkibli qidalar əvəzinə, tərəvəz və ya salatlardan yemək qan şəkərinin daha yavaş yüksəlməsini təmin edəcək. Bu isə oruc tutan zaman toxluq müddətini artıracaq. Məsələn, sahurda istehlak edilən zeytun, zeytun yağı və avokado kimi qidalar gün ərzində daha canlı və enerjili hiss etməyinizə kömək edə bilər. 

Həmçinin, mütəxəssislər sahura qalxmadan oruc tutmağın ciddi fəsadlara gətirib çıxarağı barədə xəbərdarlıq edirlər. Çünki uzunmüddətli aclıq insanda ciddi qəfil şəkər dalğalanmalarına səbəb olur. Bu zaman da özünüzü ləng və yorğun hiss edə bilərsiniz. Bəzi insanlar gecə yatarkən yemək yeyir və sahura qalxmır. Bu isə orqanizm üçün çox ziyanlıdır. Ona görə də sahura qalxmaq mütləqdir.

Onu da qeyd edək ki, həkimlər tərəfindən iftar açdıqdan sonra 30 dəqiqə yemək yeməməyiniz və yürüş etməyiniz tövsiyə olunur.

Pərviz

0