Dadlandırıcıların nə kimi ziyanı var?

MARAQLI
22:33 / 12.03.2024
514

Yəqin ki, çoxunuz satışa çıxarılan qidaların, xüsusilə də şirniyat və içkilərin görkəmindəki iştah açan dəyişikliyi hiss etmisiniz. 

Müxtəlif rəngləndiricilərin və dadvericilərin köməyi ilə alıcıda xoş təam təsəvvürü yaradan bu qidaları loru dildə desək, adamın yedikcə yeməyi gəlir. 

Müxtəlif meyvə və ədviyyatların dadını əvəzləyən qida əlavələri bizim üçün təhlükəsiz hesab edilsə də, əslində onların orqanizm üçün ciddi təhlükəsi varmış. 

Həkim ekspert Rasif Bağırov Hit.az-a deyib ki, elə qida əlavələri var ki, onların qidalara qatılması təhlükəli olsa belə istehsalçılar tərəfindən istifadə edilir: 

“Meyvə şirələrinin əksəriyyəti təəssüflər olsun ki, konsentratlardan hazırlanır. Yəni xaricdən gətirilmiş xüsusi meyvə ətirli konsentratların hazırlanır. Həmin konsentratların dad xüsusiyyəti xüsusi kimyəvi maddələrin köməyi ilə meyvələrin dad xüsusiyyətlərinə çatdırılır. Beləcə bunlar təbii meyvə şirəsi adı ilə satılır. Əslində bunların ilkin meyvədən hazırlanması absurd görünür. Amma dünyanın hər yerində bu cür yolla şirələr istehsal olunur. Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NаNО2 (Е250) onlarda sinir xəstəlikləri yaradır. Texnoloji tələbə görə, "E250" 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Konsentrant normanı keçdikdə orqanizmdə konsentrasiya çoxalır, zəhərləyici təsir göstərir".

Ekspert bildirib ki, bəzi qida əlavələrinin insan orqanizmi, xüsusilə azyaşlılar üçün ağır xəstəliklərə yol açacaq fəsadlara gətirib çıxarır.

Sevinc

 

1