Çox yemək psixoloji problemlərdən qaynaqlanırmış

MARAQLI
20:14 / 12.03.2024
648

“Həkimlər bağırsaqlara insanın ikinci beyni deyirlər. Yəqin fikir vermisiniz çox stressli olanda insan ümumiyyətlə nəsə yemək istəmir və ya əksinə nə gəldi ağzına atmaq istəyir. Aşiq olan insanların yadına yemək düşmür. Çünki onların beyni sevginin verdiyi sevinclə özünü xoşbəxt hiss edir.  Çox yemək əslində beyinlə bağlı prosesdir, mədə ilə yox”.

Bu fikirləri Hit.az-a psixoloq Nuridə Məmmədova səsləndirib.

“Biz daima yeyiriksə, bunun arxasında stress gizlənib. Beyin almaq istədiyi xoşbəxtliyi yeməkdə axtarırır.  Əsəbləşəndə, üzüləndə, dərdlənəndə çox yemək yeməyimizin səbəbi beynimizdir. Beyin özünü qorumaq üçün xoşbəxtlik  hormonlarını bu yolla işə salmağa çalışır. Fikir vermisinizsə, ağır diyetlərə oturan insanlar qəzəbli olurlar, bunun da səbəbi yuxarıda qeyd etdiyimdir. Beyin öz xoşbəxtliyini tapa bilmir, yemək  olmur deyə o müxtəlif formada qəzəblə  reaksiya göstərir”, deyən Nuridə Məmmədova bildirib ki, pəhrizlərlə belə arıqlaya bilməyən adamlar psixoloqa müraciət edərək çox və gərəksiz yemə vərdişlərinə son qoya bilərlər.

Murad

1