Oruc tutan şəxslər idman edə bilər? - FAYDALARI VAR

MARAQLI
18:18 / 13.03.2024
552

Ramazan ayında oruc tutan insanlar idman proqramlarına bəzi düzəlişlər edirlər.

Hit.az xəbər verir ki, oruclu halda idman etmək bəzi insanlar üçün çətin ola bilər.

Çünki su və qida qəbulu dayandığı üçün idman etmək, fiziki fəaliyyətlə məşğul olmaq çətinləşir. Buna baxmayaraq, bəzi şəxslərə Ramazan ayında da yüngül məşqləri və ya idman fəaliyyətlərini davam etdirə bilərlər.

Xüsusilə gün batdıqdan sonra və ya iftardan əvvəl yüngül formada idman etmək mümkündür. Lakin ağır və uzunmüddətli məşqlər oruc tutanlar üçün uyğun deyil. Çünki bu, bədəni həddindən artıq yora və su təlabatını artıra bilər. 

Bəs oruc tutanda idman etməyin hansı faydaları var?

1. Fiziki sağlamlıq:
Ramazan ayında oruc tutanlar yüngül məşqlər etməklə bədənlərini gücləndirə bilərlər. Ümumiyyətlə, davamlı məşq etmək qan dövranını artıraraq ürək sağlamlığını dəstəkləyir və çəkiyə nəzarət etməyə kömək edir. 

2. Stressin azaldılması:
İdman etmək stressi azaltmağa kömək edə bilər. Xüsusilə oruc tutarkən fiziki və zehni rahatlama təmin edə bilər.

3. Mənəvi sağlamlıq:
Məşq əhval-ruhiyyəni yaxşılaşdıran və daha yaxşı hiss edən endorfinlərin ifrazını artırır.

4. Vaxtın idarəolunması:
Bəzi insanlara iftardan əvvəl və ya sahurdan sonra idman üçün ideal vaxtlar hesab olunur. Bu, günü daha effektiv idarə etməyinizə də gətirib çıxarır. 

Pərviz

0