Oruc tutanların idman etməsinin hansı fəsadları var?

MARAQLI
21:42 / 14.03.2024
583

Ramazan ayında oruc tutanların bəziləri idmana davam edirlər. 

Hit.az xəbər verir ki, oruclu halda idman etməyin faydaları ilə yanaşı, zərərləri də var. 

Dünən sizə bunun faydalarından bəhs etdik. Bu gün isə oruc tutanların idman etməsinin yol açacağı fədadlardan bəhs edəcəyik. Çünki Ramazan ayında idmana davam etmək istəyənlər bunun həm zərərini, həm də faydalarını bilməlidirlər.

Ümumiyyətlə, insanın sağlamlıq vəziyyəti, bədən quruluşu və oruc tutma vərdişləri kimi amillər də burada təsirli ola bilir. Nəzərə almaq lazımdır ki, Ramazan ayında idman etmək insanın öz seçimlərindən, sağlamlıq vəziyyətindən və oruc tutmaq vərdişlərindən asılıdır. 

Bəs oruclu halda idman etməyin hansı fəsadları var? 

1. Susuzluq və enerji itkisi:
Ağır məşqlər, uzun müddət davam edən idman vücuddakı su miqdarını və enerjini azaldır. Bu, oruc tutanlar üçün isə xüsusilə risklidir. 

2. Yorğunluq:
Ramazan ayında iftardan sonra edilən məşqlər insanı daha çox yorğun hiss etdirə bilir. 

3. Həddindən artıq yeyib-içmək:
Bəzi insanlar idman etdikdən sonra həddindən artıq yemək yeməyə meyilli olurlar. Bu isə iftarda insanın çox yemək yeməsi səbəbilə fəsadlara gətirib çıxarır. 

4. Diqqətsizlik:
Oruclu halda idman etmək şəxslərin diqqətini dağıda və ibadətlərini çətinləşdirə bilir. 

Ona görə də Ramazan ayında idman etmək istəyənlərin bunları da nəzərə almaları tövsiyə olunur. 

Pərviz

0