Qanda dəmirin səviyyəsini necə qaldırmaq olar?

MARAQLI
17:30 / 15.03.2024
627

"Əgər qanınızda dəmir çatışmırsa, aptekə dəmir artıran preparatlar dalınca qaçmayın, öncə orqanizminizin parazitlərdən təmizlənməsinin qayğısına qalın".

Bu fikirləri Hit.az-a həkim Sevinc Qurbanova səsləndirib.

"Orqanizmdə göbələk, zərərli bakteriya və parazitlər üstünlük təşkil etməyə başlayanda dəmirin səviyyəsi azalır. Buna görə ilk növbədə analiz verib sadalanan problemlərin olub-olmadığını yoxlatdırmaq lazımdır. Əgər qanda dəmir azdırsa, demək sizin bədəninizdə  u maddənin sovrulmasına mane olan və iltihabi proseslər yaradan parazitlər var. Dəmir nazik bağırsaq tərəfindən sorulduğuna görə, müxtəlif  parazitləri də bu nahiyədə axtarmaq lazımdır. Həmin parazitlər dəmirin sovrulmasına mane olduqları üçün iltihablaşma başlayır. Parazitləri məhv etmədən alınan müalicə onları daha da gücləndirəcək. Fol turşusu, B6 vitamini, xlorofilil və zülalla zəngin qidalar qəbul edin", deyə həkim bildirib.

Murad

0