Yuxunun hansı faydaları var? - SİYAHI

MARAQLI
18:53 / 15.03.2024
756

Bu gün - 15 mart dünyada "Yuxu günü" kimi qeyd olunur.

Hit.az bildirir ki, insanların yuxu ehtiyacı yaş, həyat tərzi və səhhətinə görə dəyişə bilir.

Lakin yuxu rejiminin 7-9 saat arasında olması ideal hesab olunur. Həmçinin, bəzi insanlara az yatmaq kifayət edir, bəzilərinə isə daha çox yuxu lazım olur. Vacib məsələ özünüzü daha yaxşı hiss etdirən yuxu rejmini müəyyən etmək lazımdır.

Ümumiyyətlə, yuxunun bir çox faydaları var. 

Həmin faydalara nəzər salırıq:

1. Zehni və fiziki bərpa:
Yuxu vücudunuzun dincəlməsinə kömək edir. Yatmaq fiziki olaraq yorğun əzələləri bərpa edir və immunitet sistemini gücləndirir. Zehni olaraq isə öyrənmə, yaddaş və zehni funksiyaları yaxşılaşdırır.

2. Diqqəti güclədirir:
İdeal yuxu diqqət, fokuslanma və qərar vermə qabiliyyətlərini artırır. 

3. Emosional balansı qoruyur:
Kifayət qədər yatmaq stressi azaldır və emosional balansı qoruyur. Lakin yuxusuzluq narahatlıq və depressiya yaradır. 

4. Fiziki sağlamlıq:
Həmçinin, yuxu ürək sağlamlığı, maddələr mübadiləsinin tənzimlənməsi, çəkiyə nəzarət və hormon balansı fiziki sağlamlıq baxımından olduqca vacibdir. 

Pərviz

0