Lipolitik iynələr həqiqətən arıqladır?

MARAQLI
23:00 / 18.03.2024
1121

Bu gün gözəllik salonlarında arıqlamaq üçün göbək nahiysinə vurulan lipolitik  iynələr satılır. 

Qiyməti də kifayət qədər bahadır. 

Mütəxəssislər bu iynələrin böyük göbəyi, qarındakı piyləri əridib, yox edəcəyini söyləyirlər. 

Arıqlamaq bu qədər asandır? Deyilənlər nə dərəcədə doğrudur?

Hit.az-ın sualını cavablandıran estetik cərrah  Cavad Xəlilli qeyd edib ki, hər şey deyildiyi qədər asan deyil:

“Lipolitiklər piylərə qarşı o dərəcədə aqressiv hərəkət edə bilmirlər. Əgər sizdə 2-3 kilo artıq piy varsa, lipolitik buna təsir edəcək. Amma, 80-100 kilolu adamın öz iri göbəyinə iynə vurdurub fit görünüş almasını gözləməsi absurddur, imkansızdır. Əkinə orqanizmə faydasından çox zərəri ola bilər, lipolitik toksik təsir göstərər. Yəni, 200-300 manat qarşısında vurdurduğunuz lipolitik iynə ilə bel çevrəniz 1 santimdən daha az incələcək",  deyə o qeyd edib.

Murad

0