Bel ağrısının səbəbləri...

MARAQLI
22:10 / 18.03.2024
537

Statistik göstəricilərə əsasən, son iyirmi ildə bel ağrısı və fəqərələrarası disk yırtığından əziyyət çəkənlərin sayı 20 dəfə artıb. 

Bəs görəsən xəstəliyin bu qədər geniş yayılmasının səbəbi nədir? Nə etməliyik ki, özümüzü bundan qoruyaq? 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, xəstəliyin yaranmasının ən önəmli səbəblərindən biri bizim yanlış həyat tərzimizdir: 

“Həmçinin, insanların müəyyən iş zədələri də bu xəstəliyin artmasına təsir edir. Məsələn, bank işçiləri, sürücülər, fiziki işlə məşğul olan fəhlələr, rəhbər işçilər bütün günü kabinetdə otururlar. Bu insanların əksəriyyəti saatlarla kompyuterə baxmağa məcburdur. Bu da mühüm səbəblərdən biri hesab olunur. Üçüncü səbəb isə yanlış idman edən insanlardır. Düzdür, idmanla məşğul olanların getdikcə sayı çoxalır. Amma təəssüf ki, düzgün bilgiyə sahib olmayan insanlar, həmçinin onlara düzgün məsləhətlərin, yaxud da düzgün proqramın verilməməsi müəyyən zədələrin yaranmasına səbəb olur. Məsələn, bir çoxları çəkini düzgün qaldırmırlar, texnikanı düzgün etmirlər ki, bunlar da bu problemi yarada bilir”.

Sevinc

0