Psixoloq tənbəllikdən 5 dəqiqədə qurtulmağın sirrini açdı

MARAQLI
18:03 / 19.03.2024
640

Hərdən insanın heç bir iş görməyi gəlmir. Saatlarla divanda uzanıb ya telefona, ya televizora baxır.

Hərçənd bu gündəlik işlərimizin xeyli axsamasına səbəb olur, buna baxmayaraq insan özü ilə bacara bilməyib, tənbəllikdən qurtula bilmir.

Psixoloq Seymur Balcanov tənbəllikdən 5 dəqiqə ərzində qurtulmağın sirrini HİT.az-a açıb.

“Birincisi onu deyim ki, əgər siz gün içində heç bir şey etməyib yatmaq istəyirsinizsə, demək orqanizminizin buna ehtiyacı var. Bunu rahatlıqla edə bilərsiniz. Amma əgər  tənbəllik müntəzəm xarakterlidirsə, sizin yeni ideyalara ehtiyacınız var və heç nə eləmək istəmirsinizsə, onda beyninizi və bədəninizi belə aldadın. Yatağa uzanın. Telefon və televizoru söndürün. Çalışın ətrafdan heç bir informasiya almayın. Tamamilə hərəkətsiz uzanın. Heç nə düşünməyin. 5 dəqiqə sonra beyniniz ayağa qalxmaq komandası verəcək. Çünki o informasiya almadan dayana bilmir, almaq üçün isə sizi hərəkətə keçirəcək”,- deyən psixoloq əlavə edib ki. bu qayda xüsusi kəşfiyyat idarələrində də  uğurla işlədilir. 

“Bu qaydadan sonra beynə adətən yeni ideyalar daxil olur. O  kənardan informasiya almayanda özü ideyalar istehsalına başlayır”

Murad

0