Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO

MARAQLI
23:57 / 20.03.2024
537

Rusiyanın Stavropol vilayətində neyrocərrahlar qadının gözündən səkkiz santimetrlik budaq parçasını çıxarıblar.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 45 yaşlı rusiyalı qadın bağçada olarkən huşunu itirib. Bundan sonra onun bir gözündə görmə qabiliyyəti itib, ancaq qadın yalnız bir həftə sonra, alt göz qapağından irin sızmağa başlayanda xəstəxanaya gedib.

Həkimlər müəyyən ediblər ki, qadının göz yuvasına yad cisim girərək görmə sinirini kəsib. Rus qadın səkkiz santimetrlik budaq parçası olduğu ortaya çıxan yad cismi çıxarmaq üçün əməliyyat keçirib.

Qadının görmə qabiliyyətini bərpa etmək mümkün olmadığı bildirilir.

0