Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

MARAQLI
19:48 / 24.03.2024
554

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir “şeytan üzü” sindromuna tutulub.

Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib.

İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür.

Elmi adı prosopometamorfopsi (PMO) olan görmə pozğunluğu ucbatından Şerrahın beynində problemlər yaranıb. Xəstəlik sürücünün iş prosesində aldığı zədənin nəticəsində yaranıb.

“Mən düşündüm ki, indi cəhənnəmi görürəm. Ətrafımdakı hər kəs iblis simasında idi”, - deyə ABŞ-li görmə pozğunluğunun yaratdığı ilk təəssüratından danışıb.

“Həmin məqamda həqiqətən də çaşqın idim. Özümü ölmüş hesab edirdim”, - Viktor əlavə edib.

Qeyd edək ki, xəstəliyi kişiyə artıq yük maşınını idarə etməyə imkan vermir.

0