İngilis tarixçi Xınalığın qadın döyüşçülərindən danışdı: Amazonlar Qafqazda olub?

MARAQLI
16:58 / 26.03.2024
513

Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar ola bilsin, reallıqda mövcud olublar və onların ehtimal edilən prototipləri təxminən 4000 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"a britaniyalı tarixçi və yazıçı Betani Hyuz məlumat verib.

Alimin sözlərinə görə, 2019-cu ildə Rusiyada ox ucları və nizə ucları ilə birlikdə basdırılmış 4 qadın döyüşçünün qalıqları aşkar ediblər.

Hyuz qeyd edib ki, bu qadınların hamısının barmaq sümüklərində xarakterik əyriliklər var və bu da onların həyatları boyu yay və oxlardan istifadə etdiklərini göstərir. Bundan əlavə, skeletlərin çoxunda yəhərdə uzun müddət istifadə edildiyini göstərən dəyişikliklər də mövcuddur.

Ekspedisiyaların birində bir qrup arxeoloq Azərbaycanın 2200 metr yüksəklikdə yerləşən və Avropanın ən hündür yaşayış məntəqəsi sayılan Xınalıq dağ kəndində olub. Bu kənd tunc dövründən mövcud olub.

Xınalıq sakinləri tədqiqatçılarla xalq rəvayətlərini bölüşürdülər ki, yerli qadınlar düşmənin onların cinsiyyətlərini müəyyən edə bilməməsi üçün üzlərini örtüb döyüşürmüşlər.

0