Bu gün gel-lakdan demək olar ki, qadınların əksəriyyəti istifadə edir.
Bu vasitə dırnaqlarda 2- 3 həftə heç bir zərər görmədən qala bilir və dırnaqlar mükəmməl görünür.
Dermatoveneroloqlar dekorativ boya ilə dırnağın örtülməsini orqanizmə müəyyən məqamlarda zərər verdiyini qeyd edirlər.
Bunu gel boyanın tətbiq texnologiyası ilə izah edirlər.
Dırnaqlar, bir qayda olaraq, aşındırıcı bir alətlə işlənərkən dırnaq təbəqəsinin üst qatları çıxarılır ki, bu da onu təbii qorumadan məhrum edir. Sonra zədələnmiş dırnaq təbəqəsi ciddi kimyəvi və termik təsirə məruz qalır.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a deyib ki, dırnaqlarda davamlı qalın lak boyalı təbəqə sağlamlığı nəzarətdə saxlamağa çətinlik törədir. İnfeksiyalaşma olarsa, insan onun vacib işarələrini qaçırmış olur. Dırnaqlar nə qədər uzun olarsa, dırnaq lövhəsi quruyacaq, delaminasiyaya (laylanmağa) meylli olacaq və bu, bakteriya, virus üçün keçid qapısı rolunu oynayacaq:
“Dırnaqların bir dəfə belə boyanmasından sonra ikinci arasında ən az 2 həftə fasilə verilməsi gərəkir ki, dırnaq növbəti prosedur üçün özünü bərpa etsin. Dırnaqlara "tətil dövründə "vitamin və avakado yağları ilə qulluq etmək daha faydalı olacaq”.
Həmsöhbətimiz bildirib ki, gel-lakı uzunmüddətli daşımaq olmaz. Vaxtı bitmiş gel-lak allergiyaya və astmaya səbəb ola biləcək maddələr ifraz edir və nəticədə qadın orqanizmi zərər çəkir.
Sevinc