Susuzluğun hansı fəsadları var? - SİYAHI 

MARAQLI
21:00 / 28.03.2024
489

Suyun insan üçün əhəmiyyətini saymaqla bitməz.

Hit.az bildirir ki, susuz qalmaq bir çox fəsadlara yol açır.

Həkimlər də hər zaman hamıya su içməyi məsləhət görürlər. Çünki su içmək həm orqanizm, həm də sağlam yaşamaq üçün olduqca əhəmiyyətlidir. 

Susuzluğun isə mənfi təsirləri aşağıdakılardır:

1. Dehidrasiya
Su itkisi dehidrasiyaya səbəb ola bilər. Yəni orqanizm su itirir və bədəndə kifayət qədər su olmur. Nəticədə, baş ağrısı, yorğunluq, diqqətsizlik və zəiflik kimi simptomlar yaranır.

2. Diqqətin azalması
Kifayət qədər su içməmək diqqət əskikliyinə də gətirib çıxarır. Həmçinin, bu, özünü gündəlik fəaliyyətinin azalması ilə də göstərə bilir. 

3. Halsızlıq
Susuzluq baş ağrısı və halsızlığa da səbəb olur. Bu isə insanın gündəlik həyatına mənfi təsir göstərir.

4. Sidik yollarında infeksiya
Su istehlakının azaldılması böyrək daşı riskini də artıra bilir. Eyni zamanda, sidik yollarında infeksiyalar da meydana gələ bilər. 

5. Dəri problemləri
Kifayət qədər su içməmək dəri sağlamlığına da mənfi təsir göstərə bilər. Yəni dərinin quruması, qabıq bağlaması və qaşınması kimi problemlər yarana bilər.

6. Həzm problemləri
Ümumiyyətlə, bədəndə maddələr mübadiləsinin düzgün işləməsi üçün su qəbulu mütləqdir. Yetərsiz su istehlakı isə yavaş maddələr mübadiləsinə və həzm problemlərinə səbəb ola bilər.

Pərviz

0