Yazın gəlişi ilə birlikdə bir çox xəstəliklər üzə çıxır.
Hit.az xəbər verir ki, bunlar mövsümi xəstəliklər sayılır.
Sözügedən xəstəliklər asqırma, burun qızartısı və burun tutulması kimi simptomlarla özünü biruzə verir. Həmçinin, göz və burunda qızarıqlıq, cilddə qaşıntı və nəfəs almaqda çətinlik kimi simptomları da sadalaya bilərik.
Bəs yaz xəstəliklərinə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
Hit.az mütəxəssislərin məsləhətlərini təqdim edir:
1. Ev və avtomobillər yaxşı havalandırılmalıdır
2. Allergiyanız olan qidalardan uzaq durmalısınız
3. Xəstə insanların olduğu yerlərdə maska taxmaq lazımdır
4. "C" vitamini qəbul olunmalıdır
5. Kifayət qədər su istehlak etməlisiniz
6. Tərkibində "Omeqa-3" olan qidalara yönəlməlisiniz
7. Mümkün qədər meyvə-tərəvəz yemək tövsiyə olunur
8. Stressi idarə etməyi bacarmalısınız
9. Daha az qida qəbul etmək lazımdır
10. Lakin yatmadan əvvəl yemək məsləhət görülmür
11. İdman etməlisiniz.
Pərviz