Təhsilsiz kosmetoloqlar

MARAQLI
22:54 / 02.04.2024
496

Kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədərdir. 

“Gözəllik qurban tələb edir” düşünüb gəncləşmək istəyən xanımların çoxu müxtəlif kosmetoloji prosedurlardan istifadə etdikdən sonra əks nəticə ilə üz-üzə qalır.

Kosmetoloq həkim Aynurə Həsənova Hit.az-a deyib ki, kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədərdir. 

“Gözəllik qurban tələb edir” düşünüb gəncləşmək istəyən xanımların çoxu müxtəlif kosmetoloji prosedurlardan istifadə etdikdən sonra əks nəticə ilə üz-üzə qalır:

 “Ucuz başa gəlməsi üçün saxta botokslardan istifadə edən “kosmetoloqlar”ın sayı günü-gündən artır. Qiymətin ucuz olması pasiyentlərin diqqətini cəlb etsə də, onlar bunun fəsadlarını düşünmürlər. 

Kosmetologiya peşəkarlıq tələb edən sahədir. Bu peşə ilə məşğul olanlar daim yenilikləri öyrənməli, öz üzərində çalışaraq bilik və bacarıqlarını artırmalıdırlar. Çox təəssüf ki, bu gün evdar qadınlar da özlərinə iş tapmaq üçün bu sahəyə yönələrək kosmetoloq kimi fəaliyyət göstərirlər. Halbuki kosmetoloqun mütləq mənada tibbi təhsili olmalıdır. Bu sahədə fəaliyyət göstərən şəxs mütləq üz anatomiyasını bilməlidir”.

Sevinc

2