Duzlu qidalar və şoraba çox insanların vazkeçilməz qidası olub.
Bir qrup insanlar var ki, onlara ümumiyyətlə, duzlu qidalar qadağan edilməlidir.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.a-az-a deyib ki, duzlu qidalar müxtəlif ürəkdə aritmiyalara səbəb ola bilər:
“Duzlu qidalar damarların sıxılmasına və təzyiqin qalxmasına səbəb olur. Bu isə hipertoniya xəstəliyinin inkişafının riskini artırır. Duzlu qidalar böyrəklər üçün də ziyanlıdır - böyrəklərin normal fəaliyyətini pozur, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Məsələ burasındadır ki, duzun tərkibində olan natriumun artıqlığı orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Kalsium isə böyrəklərdə toplanaraq daşların əmələ gəlməsinə səbəb ola bilər.
Nəzi böyrək xəstəlikləri zamanı həkimlər xəstələrə duzdan ümumiyyətlə istifadə etməməyi tövsiyə edirlər. Həmçinin, duzlu qidalar piylənmənin inkişafına səbəb olur. Duzlu qidalar iştahanın artmasına gətirib çıxardır ki, nəticədə insan lazım olandan artıq qida qəbul edir. Restoranlar və fast-fudlar bundan istifadə edir və qidalara evdə bişirilən yeməklərlə müqayisədə daha çox duz əlavə edir. Artıq duz orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Bu isə osteoporozun (sümüklərin sıxlığının azalması) inkişafına yol açır. Osteoporoz çox hiyləgər xəstəlikdir, özünü uzun müddət ərzində heç bir simptomla büruzə vermir. Lakin yüngül travma, yıxılma osteoporozu olan insanlarda ciddi sınıqlarla nəticələnir. Bu xüsusilə yaşlı insanlar üçün təhlükəlidir”.
Sevinc