Necə motivasiya olunmalı?

MARAQLI
22:55 / 03.04.2024
463

Bəzi insanlar pessimist ruhlu olur.

Buna ətrafda baş verən hadisələr, ailə-məişət problemləri, insanlarla arasındakı münasibətlər və ya elə havanın özü də səbəb ola bilər. 

Bu zaman insanlar mənfi istiqamətdə düşünməyə, özlərini həvəsdən salmağa meyilli olurlar.

Hətta bacara biləcəkləri işi belə görməkdən imtina edirlər. Sanki kiminsə onları motivasiya etməsini gözləyirlər. 

Psixoloq Aynur Əliyeva hit.az-a deyib ki, dostluq da motivasiya üçün variantlardan biridir. Ən əsası bu məsələdə ifrata varmamaqdır:

 “Yəni, ona dostları ilə görüşməyi qadağan etmək əvəzinə, bu görüşə şərait yaradın. Məsələn, məktəbdə ilk yarım ili yaxşı qiymətlərlə başa vurmusan-dostlarınla evdə qonaqlıq təşkil edə bilərsən".

Psixoloq hesab edir ki, hər kəs özünü motivasiya etməyi bacarır: 

"İnsan həqiqətən də dəyişmək, həyatındakı neqativlərdən xilas olmaq istəsə, ətrafı ona mütləq kömək edəcək. Əgər kiminsə sevindiyini görürsünüzsə, bu o deməkdir ki, beyninizdə artıq şüuraltı olaraq sevinc hissi var, ətraf mühit sizə tərəf gələn xoşbəxtlik barəsində siqnal ötürür. Çünki bizi əhatə edən dünya öz daxili dünyamızdır. İnsanın əhvalının yaxşı olmasına gəldikdə isə, həm psixoloji, həm bioloji, həm də sosioloji faktorlar buna təsir edə bilər. Bu zaman həmin insanın psixi cəhətdən sağlamlığından, kənar təsirlərə nə dərəcədə məruz qalmağından da çox şey asılıdır. Deyərdim ki, insanın bu dünyadakı ən böyük motivasiyası məhz özüdür”.

Sevinc

0