Bəzi insanlar yuxusuzluqdan giley edir. Onlar gecə normal yatsa belə gün ərzində ancaq yatmaq istədiyini bildirir.
Qeyd edək ki, bu tip insanlar yetərincədir.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yaradıcı və gərgin iş rejimində çalışanlar xroniki yorğunluq sindromundan daha çox əziyyət çəkirlər. Onlar daha çox beyin yorğunluğundan şikayətlənirlər ki, bu da xroniki yorğunluğun ilk əlaməti hesab olunur. İki həftədən artıq daim beyin yorğunluğundan şikayətlənmək depressiv pozuntudan da şübhələnməyə əsas verir:
“Həmin hal, xüsusilə təşviş və həyəcan pozuntusu adlanan nevrozdan əmələ gəlir. Həmçinin, həddindən artıq məşq və ya fiziki fəaliyyət yuxu probleminə və gündüz yuxululuğuna səbəb ola bilər. Yuxusuzluğun və yorğunluğun aydın səbəblərindən biri çox sadə karbohidratlar yeməkdir. Mürəkkəb karbohidratlardan fərqli olaraq, onlar tez sorulur, qanı qlükoza ilə kəskin şəkildə doydurur. Ancaq sonra qanda şəkərin səviyyəsi də kəskin şəkildə azalır və enerji artımı yox olur və aclıq yenidən başlayır.Ancaq sadə karbohidratlardan başqa, digər qidalar da yuxululuğa səbəb ola bilər”.
Sevinc