"Nitq orucu" və onun faydaları

MARAQLI
20:50 / 08.04.2024
531

Şotlandiyalı müğənni Lulu "nitq orucu" tətbiq edir. O, hər gün günortaya qədər səssiz qalır. 75 yaşlı müğənni deyib ki, səs tellərini qorumaq üçün bunu edir.

Deyirlər susmaq qızıldır, danışmaq gümüş... Görəsən bu həqiqətən belədir?

Hit.az-a açıqlama verən ezoterik Niyaməddin Tağı bildirib ki, "nitq orucu" sadəcə olaraq yeni çağın məşhurlarının dəbi deyil, bunun əsrlər boyu müxtəlif mədəniyyətlərdə fərqli adlar altında tətbiq edildiyi bilinir. 

"Hind fəlsəfəsində mouna adlı oruc növü var. Onlar bunu ilahini dərk etmək üçün istifadə ediblər. Elə Sufilər də 40 gün heç kimlə ünsiyyət qurmayıb, inzivaya çəkilər, ununla  mənəvi yüksəlişə çatardılar. "Nitq orucu" qeyri-adi bir təcrübə olsa da, onun  orqanizmə  müxtəlif faydaları var. Bu beyni tamamilə təmizləyir, fiziki aktivliyi artırır, yorğunluğu götürür. 2005-ci ildə aparılan bir araşdırmaya görə, sükut dövrləri “nitq orucu” tətbiq edən iştirakçılarda qan təzyiqinin aşağı düşməsi aşkarlanıb. Dünya tibbi bunu artıq alternativ kimi tətbiq edir. Bu təcrübənin kortizol (stress hormonu) səviyyələrini azaltmağa kömək etdiyini də qeyd etməliyəm", deyə o əlavə edib.

Murad

0