"Panik atak əslində beynimizdə yox, qarnımızda hücuma başlayır. Onun qarşısını düzgün nəfəs alıb verməklə kəsmək olar".
Bu fikirləri Hit.az-a həkim Hikmət Rəsulov səsləndirib:
"Biz insanlar çox zaman doğru nəfəs almırıq, çoxumuz ağciyərlərimizi hava ilə doldursa da, qarın boşluğunda, diafraqmada nəfəs , hava olmur. Diafraqmın alt tərəfi aldığımız oksigenin 80 faizini, ağciyərlər 20 faizini udur. Aldığımız oksigenin dörddə biri beynimizə gedir. Biz diafraqmamızı oksigenlə düzgün doldura bilsək, heç bir problem olmaz. Amma sadəcə ağ ciyərimizə oksigen alıb, bunun da 5 faizini ciyərimizə veririksə , problem yaranır. Oksigeni ala bilmədiyi üçün beyni qayğı həyəcan stress yaşayır və orqanizmi təlatümə gətirir. Beyin zəif oksigen alanda nbzin sürətini artıraraq, yaşam funksiyasını gücləndirməyə çalışır. Ürək döyüntüsü şiddətlənir. Panik atak da bu səbəblə yaranır. Ona görə, başlayan panik atakdan dərhal qurtulmaq üçün təmiz havaya çıxıb 10 dəfə dərindən nəfəs alıb vermək lazımdır".
Murad