Yaxınlarınızla birlikdə səyahət etməyin bir çox üstünlükləri var - çimərlikdə bir stəkan şərabla birlikdə gün batımından həzz almaqdan tutmuş pula qənaət etməyə qədər. Bununla belə, birgə tətil də münasibətləri bitirə bilər.
Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən sorğuda iştirak edən turistlərin təxminən 60%-i yeni partnyorla ilk romantik tətillərini həqiqətən uyğun olub-olmadıqlarını müəyyən etmək üçün bir sınaq hesab etdiklərini bildiriblər.
"Tui Blue" tərəfindən sifariş edilən sorğuya görə, cütlüklər gecə-gündüz bir-birlərinin ətrafında olmanın onları şoka sala və partnyorlarını həqiqətən bəyənib sevmədiklərini düşündürə biləcəyindən narahatdırlar.
Tətildə olan gənc cütlüklərin ən çox qorxduğu üç şeyə yatarkən xoruldamaq (29%), partnyorunun yanında uyğunsuz hərəkət etmək (29%) və vanna otağını paylaşmaq (26%) daxildir.
İnsanları narahat edən başqa bir zəhlətökən məqam onların nə qədər çirkli olduqlarını dərk etməkdir (20%). Ailə ilə yaxın münasibətdə olmağın heç bir qəbahəti olmasa da, respondentlərin 13%-i deyib ki, hər gün partnyorlarının ailələri ilə görüntülü danışmaq onların münasibətlərinin statusunu şübhə altına alır.
Münasibətlər üzrə mütəxəssis Paul Brunson sevdiyiniz insanla tətilə getməyin stressinin əsl problem ola biləcəyi ilə razılaşır.
"Birlikdə ilk səyahət, əksər gənc cütlüklər üçün həyəcan verici, lakin əsəbləri yıxıcı bir addımdır... Onlar bir-birləri ilə bu qədər çox vaxt keçirməyin bir-birlərinə potensial zəhlətökən və ya qeyri-adi vərdişlər göstərə biləcəyindən narahat ola bilər", deyə Brunson bildirib.
Bununla belə, ekspertlər müəyyən ediblər ki, yeni sevgilisilə ayrılma ilə bağlı narahatlıq yaş artıqca azalır: 18-65 yaşlı 2004 böyüklər arasında aparılan sorğu nəticəsində məlum olub ki, 56-65 yaşlı insanların 41%-i birgə tətil sifariş etməzdən əvvəl altı ay keçməsini gözləyəcək. Bu arada, 18-35 yaşlı gənclər münasibətlərini daha tez yoxlayır, səfərdən sonra münasibətlərinin çiçəkləndiyini və ya pozulduğunu görmək üçün vaxt ayırırlar. Araşdırma nəticəsində məlum olub ki, bu yaş qrupundakı insanların 20%-i yalnız iki həftəlik tanışlıqdan sonra birlikdə tətilə getmək haqqında danışırlar.