Uşaqdan tutmuş böyüyə qədər əksər insanlar şokolad sevir.
Lakin bu dadlı təam insanlara xoşbəxtliklə yanaşı insan sağlamlığına əks-təsirdə edir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, şokolad sinir sistemini stimullaşdırır.
Şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir:
“Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Onu da deyim ki, şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meyilli olan insanlar bu məhsuldan imtina etməlidir. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır, tərkibində konservantların olmaması və keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Ən əsası isə şokoladı üç yaşdan kiçik uşaqlara vermək olmaz”.
Sevinc