Yazda necə qidalanmalı?

MARAQLI
20:36 / 16.04.2024
339

Yaz fəsli təkcə təbiətdə deyil, orqanizmdə də oyanış və canlanma dövrüdür.

İlin bu fəsli bəzi xəstəliklər üçün xarakterikdir.

Yazda allergik və infeksion xəstəliklər baş qaldırır, dermatoloji problemlər yaşanır. 

Ona görə də ilin bu fəslində düzgün qidalanmadan çox şey asılıdır. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yaz fəsli meyvə-tərəvəzlərlə zəngin olan bir mövsümdür. Yeni yetişmiş meyvə- tərəvəzin tərkibində olan vitaminlər orqanizm  üçün əhəmiyyətlidir:

“Bu aylarda ağır yeməklərdən qaçmaq lazımdır. Gecə gec saatlarda qidalanmaq məsləhət görülmür. Axşamları maddələr mübadiləsi normadan daha yavaş işlədiyi üçün qidalar çətin yandırılır. Yaz fəslində C vitamininə tələbat artır. Orqanizmin müqavimətini artırmaq üçün göy-göyərti və meyvə-tərəvəzdən başqa bal, düyü, noxud, mərci, qarabaşaq və kartof qəbul etmək məsləhət görülür. Uşaqların yumurta və südlə qidalanması xüsusilə vacibdir”.

Sevinc

0