Sağlam yaşamaq üçün gündəlik əməl etməli olduğumuz bəzi qaydalar var.
Hit.az bildirir ki, bu qaydalara riayət edərək sağlam həyat tərzinə sahib olmaq mümkündür.
Bəs həmin qaydalar hansılardır?
Hit.az sağlam həyat tərzinə sahib olmaq üçün riayət etməli olduğumuz qaydaları təqdim edir:
1. Düzgün qidalanma
Düzgün qidalar qəbul etmək sağlam həyatın təməlidir. Bol tərəvəz, meyvə, protein mənbələri və sağlam yağlar istehlak etmək vacibdir. Həddindən artıq işlənmiş qidalar, şəkər və doymuş yağlardan isə qaçınmaq lazımdır.
2. Mütəmadi şəkildə idman etmək
Fiziki aktivlik həyatımız üçün olduqca vacibdir. Mütəxəssislər həftədə ən azı 75 və ya 150 dəqiqə idman etməyi məsləhət görür.
3. Yuxu rejimi
Sağlam həyat tərzi üçün diqqət olunmalı məqamlardan biri də yuxu rejimidir. Vücudun yetəri qədər dinlənməsi yuxudan asılıdır. Buna görə də gün ərzində 7-9 saat yatmaq vacibdir.
4. Stressdən uzaq olma
Stess sağlamlığımıza çox mənfi təsir göstərir. Stressdən uzaq olmaq ömrümüzü uzadır. Meditasiya, dərin nəfəs alma və yoqa kimi stressi azaltma üsullarından yararlana bilərsiniz.
5. Su içmək
Vücudun doğru çalışması üçün kifayət qədər su içmək zəruridir. Sağlam vücuda sahib olmaq istəyirsinizsə, gündə ən azı 8 stəkan su içməyiniz lazımdır.
6. Siqaret və spirtli içkidən uzaq durmaq
Sağlam yaşamaq üçün siqaret və spirtli içkidən uzaq durmaq şərtdir. Əgər siqaret çəkir və ya spirtli içki içirsinizsə onları dərhal tərgitməyiniz tövsiyə olunur.
7. Mütəmadi müayinələr
Həmçinin, mütəmadi şəkildə tibbi müayinədən keçmək də olduqca mühümdür. Sağlamlığınızı qorumaq və erkən diaqnoz üçün müntəzəm həkim müayinələrinə getmək vacibdir.
8. Sosial mühit
Sosial əlaqələr qurmaq, saxlamaq psixi və emosional sağlamlığınızı gücləndirə bilər. Ona görə də, ailə, dostlar və cəmiyyətlə ünsiyyət qurmaq olduqca vacibdir.
Pərviz