Bədənimizdən gələn qoxular hansı xəstəliklərdən xəbər verir?

MARAQLI
19:14 / 17.04.2024
450

"Əvvəllər həkimlər insanın sidiyinin, nəcisinin, tərinin qoxusuna əsasən onun xəstəliyini müəyyən edirdilər. Zaman içində yeni yaradılan texnologiyalar sayəsində bu qaydalar unudulsa da, müasir tibb unudulmuş ənənəni bərpa eləməyə çalışır".

Bu fikirləri Hit.az-a həkim Sevinc Qurbanova səsləndirib:

"19-cu əsr əlyazmalarına əsasən, məsələn qızılcıq  xəstələrini ilk 14 gündə aşkarlamaq üçün onların tərini qoxlayardılar. Belə xəstələrdən toyuq tükünün iyi gəlirdi. Tif xəstələrindən isə isti çörək iyi gəlirdi. İndi sübut olunub ki, şəkərli diabet xəstələri ağızlarında metal dadı hiss edirlər. Onların nəfəsindən aseton iyi gəlir. Keta diet ilə rasionundan karbohidratları çıxaran adamlarda da bu hal yaşanır. Turş qoxu tireotoksikozun əlaməti ola bilər. Sidik qoxusu böyrək və ya qaraciyər  xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir.  Balıq qoxusu əksər hallarda vaginadakı bakterial infeksiya nəticəsində yaranır", deyə həkim bildirib.

Murad

0