Bu otdan dadlı mürəbbə bişirmək olur - Yüz dərdə dəva

MARAQLI
18:50 / 17.04.2024
517

Hər addımda qarşımıza çıxan, çox zaman yabanı ot deyib, üstündən adladığımız zəncirotu əslində xərçəng qarışıq yüz dərdə dərman imiş.

Üstəlik bu otun çiçəklərindən bişirilən mürəbbə can dərmanı sayılır.

Fototerapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, zəncirotu kökləri leykemiyanın 3 növünü məhv etməyə qadirdir. O,  ilkin mərhələdə 48 saat ərzində xəstəlik hüceyrələrinin böyük əksəriyyətini məhv edə bilir:

“Zəncirotunda zəngin vitaminlər, dəmir və zülallar var. Zəncirotu anemik xəstələrin  üz tutmalı olduğu bir nömrəli bitkidir. Kövrək sümükləri gücləndirir, diabetə yaxşı təsir edir.

Zəncirotu həm də sidikqovucu funksiyasına malikdir, saxarozanın orqanizmdən ifraz olunmasına yardım edir. Sidik yolları infeksiyalarının qarşısını alır, qadınların reprodüktiv orqanlarda kistaların meydana gəlməsinə mane olur. Hər gün bir stəkan zəncirotu çayı içməklə böyrək problemlərinin yaranmsının qarşısını almaq olar. Bundan əlavə o, qaraciyəri təmizləyir, həzmi yaxşılaşdırır, dərini gözəlləşdirir”, - deyə həkim bildirib.

“Zəncirotu mürəbbəsi immuniteti gücləndirir, qripə qarşı mübarizə aparırır. Onu bişirmək üçün
təxminən 400 çiçəyin üzərinə yarım limon və 1lt su əlavə edib , 20dəq qaynadırıq. Sonra altını söndürüb soyuduruq. Soyuduqdan sonra tənzifin üzərinə töküb, süzürük. Çıxan suyun üzərinə şəkər tozunu əlavə edib, qatılaşana qədər qaynadırıq”

Murad

0