Dişlər gündəlik həyatda yaxşı təəssürat yaratmaq üçün vacib bir vəzifəni oynayır.
Dişlərin saralması ümumiyyətlə, ağız gigiyenası tam təmin edilmədikdə, yemək və içkilərin diş üzərində bir lövhə meydana gətirməsi vəziyyəti olaraq , təyin edilə bilər.
Həkim stomatoloq Vüsalə Əliyeva Hit.az-a deyib ki, dişlərin sarı emalı, sarı ləkələr autoimmun xəstəliklər və mədənin reflüks xəstəliyi zamanı çox olur:
“Bəzən yanlışlıqla düşünürlər ki, sarı rəng qəhvə, çay, içki içənlərə, siqaretdən olur. Amma bu ciddi xəstəliklərin əlaməti ola bilər. Mədə turşuluğu yüksək, reflüksü olan xəstələrdə mədə şirəsi ağız boşluğuna geri düşür. Bu zaman diş emalı zədələnir. Nəticədə dişlər saralmış kimi görülür. Əslində isə dişin rəngi dəyişmir, sadəcə emal yeyilib, alt qatı - dentin görünür. O isə sarımtıldır. Həmçinin, dişlərdəki sarılıq ona düzgün qulluq etməməyə işarə edir. Özünün təmizliyinə fikir verən hər bir şəxs dişlərinin ağappaq olmasını arzulayır. Dişləri həkimə müraciət edərək, ağartmaq mümkündür. Lakin bəzi təbii vasitələrlə də dişləri ev şəraitində özünüz ağarda bilərsiniz. Dişlərin rənginin saralması yalnız bakteriyalardan deyil, bəzi qidalardan da ola bilər. Kofe də dişləri saraldır. Balzamik sirkə tərkibli qidalar dişləri saraldan qidalar siyahısına daxildir. Sarıkök ədviyyatlar arasında ən çox dişləri saraldan ədviyyat hesab edilir. Pomidor suyu da dişləri saraldır. Bir çox çiyələk növləri, yemişan və böyürtkən dişlərin rənginin dəyişməsinə səbəb olur”.
Sevinc