Xoruldama problemi ölümə belə səbəb olur

MARAQLI
20:22 / 18.04.2024
461

Xoruldama problemi ilə ən çox kişilər qarşılaşır.

Ağız və burun arxasındakı hava yolunda darlıq olduğu zaman ortaya qəribə səslər çıxır. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, xoruldayan insanlar hər zaman yüksək təzyiqin olmasından şikayətlənirlər.

Xoruldama nəfəs kəsilməsi xəstəliyi ilə nəticələnə bilər:

"Xorultu burun tənəffüs keçiriciliyinin və ağız, burun boşluğu xəstəliklərində - çəpər əyriliyi, polip, kist, haymorit, sinusit, artıq çəki və ürək-damar problemlərində ola bilər. Xoruldamaq o deməkdir ki, insana nəsə burnu ilə nəfəs almağa mane olur, o tam yuxu ala bilmir, nəticədə gündüz yuxulama, enerji və tonus azlığı yaranır. Nəticədə bu insanlarda arterial hipertenziya, kəllədaxili təzyiq baş verir. Xorultuya təbii proses kimi baxmaq olmaz. Xoruldayan şəxs müalicə olunmalıdır. Onu da deyim ki, spirt və sedativlərin həddən artıq istifadəsi də xoruldamağa gətirib çıxara bilər”.

Sevinc

0