Zəli faydalıdır ya zərərli?

MARAQLI
19:15 / 18.04.2024
511

“2006-cı ildə ABŞ Qida və Dərman Sənayesi Agentliyi zəlinin tibbi məqsədlər üçün istifadə edildiyini bəyan edib. Halbuki zəli Azərbaycanda lap qədimlərdən türkəçarədə istifdə olunub və şəfaverici canlı sayılıb. Bu gün də alternativ tibbdə zəlidən istifadə olunur”

Bu fikirləri Hit.az-a həkim kardioloq Üzeyir Rəhimov söyləyib.

O bildirib ki, zəlilərin ifraz etdiyi maddələr sağalmayan yaraları sağaldır, zəli Amerikada estetik zərahiyyə və dəri xəsətlikləri zamanı istifadə olunur. 

"Zəli qanı duruldur, çünki onun tüpürcəyində 105-dən çox faydalı maddə var. Zəlinin orqanizmindəki hirudin adlı maddədən dərman hazırlanır. Zəli vasitəsilə qan aldırmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır. Zəlinin damara saldığı maddələr trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir", deyə o bildirib.

Murad

0