Ertələmə sindromu nədir? - MÜSAHİBƏ

MARAQLI
20:19 / 19.04.2024
10952

Hər birimiz yeni işlərə başlayacağımız üçün vədlər veririk. 

“Bazar ertəsindən dietaya başlayacam”, “sabahdan idman edəcəm” və ya “filan işi gələn ay edəcəm” kimi vədlər veririk.

Nəticədə isə tənbəllik edib bir qədər sonraya planlayırıq. 

Bu təxirəsalma, tənbəlliyə ertələmə sindromu deyilir.

Psixoloq Könül İsmayılova ilə ertələmə sindromu haqqında Hit.az-la həmsöhbət olub.

- Ertələmə sindromu nədir? 

- Ertələmə sindromu müvəqəti təxirə salmaq sayılır. Bu gün deyil, sabah edərəm. Ancaq sabah edəcəyi də bəlli deyil. Ertələməkdə əsas problemlərdən biri insanların işləri eyni anda, tez həll etmək istəyidir:

- Bu problemdən necə xilas olmaq olar?

- İşləri ayrı-ayrı hissələrə ayıraraq, mərhələli şəkildə həll etsələr bu cür problem yaranmaz. Ertələmə sindromuna səbəb hazıeki dövrdə texniki cihazlardır. Yəni, telefon, komputer, televizor. Insanlar planladığı işi görmək əvəzinə telfonda nəyə baxsın deyə işin filan günə ertələyir. Bu sindromdan qurtulmaq üçün, iş görərkən diqqəti yayındıracaq cihazlardan, əşyalardan və ya fəaliyyətlərdən maksimum dərəcədə uzaq olmaq lazımdır.

- Bu hal gənclərdə daha çox müşahidə olunur yoxsa yaşlı nəsildə?

- Ertələmə sindromu bütün yaş dövrlərində müşahidə olunur. Həmçinin, əsəbləri korlanmış insanlarda da belə problemlər yaşanır, hər şeyi son günə salırlar. Beləliklə yaranan gərginlik onların sinir-sistemini daha da pozur. 

- Məqsədlərimizə çatmaq üçün özümüzü necə motivasiya edək?

- İnsan birinci bu sualı özünə verməlidir. Bu mənə nə üçün lazımdır? Daha sonra gözlərini bağlayıb, artıq bu məqsədə çatmış halını düşünməlidir. İnsan əgər o halını bəyənirsə, mütləq qalxıb və bunu edəcək. Özünün o variantını düşündüyü zaman təbii ki, bu onun xoşuna gələcək və motivasiya edəcək.

Sevinc

0