Yuxu görmək nə qədər önəmlidirsə, onun yozulması da , bir o qədər əhəmiyyətlidir.
Hətta “Mərifət yuxunu görmək deyil, onu yozmaqdır” deyilib.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, şifahi xalq ədəbiyyatında, nağıllarda yuxularla bağlı səhnələrə, mülahizələrə tez-tez rast gəlinir:
"Yuxu insanın yatmış halında ikən gördüyü hadisə və vəziyyətə deyilir. Yuxugörmənin təhqiqi və təhlili də qədim tarixə malikdir. Bu gün bəzi insanlar günlük həyatını gördüyü yuxuya görə müəyyən edir. Əgər şəxs gecə xoş olmayan yuxu görübsə hər hansı bir işin icrasını növbəti günə salır. Qorxulu yuxuların səbəbləri isə tamamilə ayrıdır. İnsan ya travma keçirir, bunun təsirindən ayrıla bilmir, ya nədənsə bərk narahatlığı olur. Əsəbləri gərgin olur, ya da parasomniyalar olur. Parasomniyalar yuxu pozğunluqlarıdır. Bu pozğunluqlar aradan qaldırılmadığı müddətcə yuxu qarışdırmaları, qorxulu yuxuların görülməsi davam edəcək".
Sevinc