Bəzi insanların havadakı tozlara qarşı allergiyası olur.
Üstəlik, onların çirkli toz təbəqələrinin olması isə bir çox insana pis təsir göstərir. Xüsusilə, asma və bəzi xəstəlikləri olan şəxslərin də tozlu havalara məruz qalmaması lazımdır. Lakin bundan qorunmaq üçün qabaqlayıcı tədbirlər görmək mümkündür.
Hit.az sözügedən tədbirlərin siyahısını təqdim edir:
1. Çölə çıxmayın
Havada gözlə görünən çirkli toz təbəqəsinin olduğu vaxtda məcbur olmadıqca evdən çölə çıxmayın.
2. Maska taxın
Əgər çölə çıxmaq məcburiyyətində qalsanız, mütləq şəkildə maska taxmalısınız. Lakin mütəxəssislərin sözlərinə görə pandemiya dövründə taxdığımız adi maskalar bunun qarşısını almır. Xüsusi maskalar taxmaq daha məqsədəuyğundur.
3. Evdə hava təmizləndirici olmalıdır
Evdə mütləq şəkildə hava təmizləyicilər olmalıdır. Çünki həddindən artıq çirkli havaya məruz qalmaq orqan çatışmazlığına belə gətirib çıxara bilər.
4. Dərmanlardan istifadə edin
Həmçinin, allergiya dərmanlarından istifadə edən vətəndaşların xüsusilə havanın çirkli olduğu dönəmlərdə müntəzəm istifadə etməsi vacibdir.
Pərviz