Pis fikirlərdən necə uzaq durmaq olar? - 5 qəpiklik xilas yolu

MARAQLI
20:58 / 25.04.2024
798

Bəzən ağlımıza gələn neqativ fikirlər, pis düşüncələr yaşam tərzimizə təsir edir.

Nə qədər çalışsaq da bəd fikirlərin təsirindən qurtara bilmir, olub-olmayacağını bilmədiyimiz bədbəxt hadisələrə görə qayğılanırıq. Bu stress öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Bəs pis fikirlərdən necə can qurtarmaq olar?

Hit.az-a açıqlama verən psixoloq Vəfa Nərimanova bunun üçün çox sadə, amma işə yarayan məsləhət verib:

“Bunun üçün adi rezindən istifadə etmək işə yarayar. Qolunuza sadə qiyməti 3-5 qəpik olan adi, rezin taxın. Hər dəfə beyninizə qara fikirlər dolanda o rezini dartın və buraxın. Biləyiniz bu təmasdan inciyəcək. Bir neçə dəfə bu hərəkəti təkrarlasanız, beyin artıq anlayacaq ki, o qara düşüncələrə dalanda orqanizm ağrı hissi ilə üzləşir. Ona görə avtomatik  bu düşüncələrdən uzaqlaşacaq. Rezin üsulu ilə qayğılardan qurtarmaq effekti psixologiyada çoxdan var. 3-5 qəpiklə siz böyük sağlıq problemlərinizin qarşısını ala bilərsiniz”,- deyə o bildirib.

Murad

0