Plastik butulkadan içilən suyun orqanizm üçün zərərli olduğu ortaya çıxıb.
Hit.az bildirir ki, plastik butulkadakı kimyəvi maddələrin suya qarışa bildiyi ilə bağlı araşdırma aparılıb. Buna görə də onların uzun müddət günəş işığına məruz qalmaması və təkrar istifadə edilməməsi çox vacibdir.
Bəs plastik butulkanın hansı zərələri var?
1. Kimyəvi maddə təhlükəsi yaradır
Plastik butulkaların tərkibindəki kimyəvi maddələr zamanla suya qarışa bilir. Bu isə çox sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər.
2. Ətraf mühitə təsir edir
Plastik şüşələrin istehsalı, istifadəsi və atılması ətraf mühitə çox pis təsir göstərə bilir. Həmçinin, plastik tullantılar təbiətdə uzun müddət parçalana və ekosistemlərə zərər vurma ehtimalı var.
3. Bakteriya yaradır
Bundan başqa, plastik butulkaların təkrar istifadəsi və ya onları uzun müddət doldurmaq içəridə bakteriyaların əmələ gəlməsinə səbəb ola bilər. Bunun da sağlamlıq üçün təhlükə yaratma ehtimalı var.
4. Digər maddələri çirkləndirir
Su plastik şüşələrdə qalanda digər kimyəvi maddələrlə təmasda ola bilir. Bu isə suyun keyfiyyətinə mənfi təsir göstərir.
Qeyd edək ki, mütəxəssislər bütün bu səbəblərə görə plastik butulkalarda satılan sulardan içməməyi tövsiyə edirlər.
Pərviz