Üzərliksən havasan, min dərdə...

21:42 / 29.04.2024
612

Xalq içində belə bir inanc var ki, guya üzərlik yandırmaq bəd nəzərin qarşısını alır. Bunun heç bir dini əsası yoxdur. Əlbəttə, evdə üzərlik yandırmaq günah deyil. 

Hit.az xəbər verir ki, müasir elm də sübut edir ki, üzərliyin tüstüsü insanda yüngüllük yaradır, onu stresdən azad edir. Bəlkə də elə buna görə, keçmişdə üzərliyin gözdəyməni sağaltdığına inanırmışlar. 

Araşdırmalar zamanı müəyyən edilib ki, üzərlik insanı sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir. 
Azərbaycan folklorunda da bu barədə geniş məlumatlar yer alıb.

Qeyd olunub ki, üzərlik antik Misir mədəniyyətindən günümüzə qədər gəlib çatıb. O dövrlərdə nənələrimiz ev-eşikdə, həyət-bacada üzərlik yandırıb gəzdirər, bu yolla çətinliklərin aradan qalxacağına inanarlarmış. 

Novruz bayramında belə qalanan tonqallara üzərlik yandırıb atardılar ki, ev-eşiyə göz dəyməsin. 

O cümlədən qurudulmuş formasını həyət qapılarından, ev astanasından, təzə doğulmuş körpənin üzərindən asardılar.

Sevinc

0