Kitab oxumağın faydalarını saymaqla bitmir.
Hamının bildiyi kimi kitab oxumaq insanı yaxşı mənada çox fərqli insan edə bilir. Ona görə də kitab oxuyan insanla, oxumayan insan arasındakı fərq özünü açıq şəkildə biruzə verir. Kitab oxumağın zehni və psixoloji faydaları mövcuddur. Bu səbəbdən də mütəxəssislər hər zaman kitab oxumağı məsləhət görürlər. Davamlı şəkildə mütaliə etmək olduqca faydalı və vacibdir.
Bəs kitab oxumağın hansı faydaları var?
Hit.az sözügedən faydaları təqdim edir:
1. Zehni fəallaşdırır
Araşdırmalar zamanı məlum olub ki, çox kitab oxumaq insanlarda "Alzheimer" və digər xəstəliklər irəliləmisənin qarşını alır. Kitab oxumaq zehni aktiv saxladığı üçün beyinin enerji itirməsinin də qarşısını alır. Unutmayın ki, beynin güclü olması üçün zehni fəaliyyət şərtdir.
2. Stressi azaldır
2009-cu ildə ABŞ-də aparılan bir araşdırma zamanı gülməyin və kitab oxumağın stressi azaltdığı ortaya çıxıb. Araşdırma zamanı 30 dəqiqə ərzində kitab oxuyan şəxsin qan təzyiqinin və qəlb atışlarının normallaşdığı müşahidə olunub.
3. Öyrənmə qabiliyyətinizi artırır
Hər dəfə yeni məlumatlar öyrənmək beyni inkişafa da böyük təkan verir. Ümumiyyətlə, öyrəndiyimiz hər yeni məlumat zehni fəaliyyətimizi gücləndirir. Həmçinin, çox oxumaq həyatın bir çox sahəsində sizə əlavə üstünlük də qazandırır.
4. Söz ehtiyatınızı artırır
Mütəmadi mütaliə etmək söz ehtiyatınızı genişləndirir. Bu isə öz növbəsində səlis danışmağınıza kömək edir.
5. Yaddaşı gücləndirir
Kitab oxumaq yaddaşı da gücləndirir. Araşdırmalar zamanı kitab oxumağın yaddaşın güclənməsinə birbaşa təsir etdiyi məlum olub.
6. Analitik düşünə bilirsiniz
Maraqlı kitab oxumaq analitik düşünmə qabiliyyətinizi də inkişaf etdirə bilir. Xüsusilə, roman oxuyanda onun sonunun necə olacağı barədə təxminlər yürütmək, o barədə düşünmək olduqca faydalıdır. Hətta oxuduğunuz kitabla bağlı müzakirə aparmaq da düşünmə qabiliyyətinizi gücləndirir.
7. Fokuslanmağa kömək edir
Kitab oxumaq həm də fokuslanmağıza yardım edir. İnternetin və sosial şəbəkələrin diqqətimizi yayındırdığı bir zamanda, kitab oxumaq bu problemi aradan qaldıra bilir. Çünki kitab oxuduğunuz zaman bütün diqqətiniz onda cəmləşir.
8. Yazı yazma bacarığınızı artırır
Söz ehtiyatınızın artması yazma bacarığınıza da müstəsna təsir göstərir. Başqa üslublarda yazıları görmək, oxumaq sizin də yazınıza birbaşa təsir göstərir. Bəstəkarın başqasından təsirləndiyi kimi kitab oxuyanlar da müəllifin üslubundan təsirlənə bilirlər.
9. Rahatlıq verir
Kitab oxumaq insana mənəvi hüzur da verə bilir. Bir çox insan kitab oxuyanda sakitləşdiyi və rahat hiss etdiyi də məlumdur.
10. Əyləncə imkanı verir
Komediya janrında yazılan kitablar isə insanlara əsl əyləncə yaşada bilir. Şəxsin hekayəni oxuması və bütün diqqətinin onda olması ona daha çox əyləncə yaşada bilir.
Pərviz