May ayında niyə toy edilmir?

MARAQLI
20:10 / 01.05.2024
654

"May ayı gəldi, toylardan canımız qurtardı”kimi ifadə məşhurdu

Şadlıq evi sahibləri, toy təşkilatçıları may ayını sevmir, səbəb isə bu ayda toyun keçirilməməsidir. 
 
Hit.az xəbər verir ki, may ayında toyun keçirilməsinin düzgün olmaması barədə müxtəlif fikirlər səslənir. 

Məlumata görə, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki , bu miflə gerçəklik bir-birinin əksidir. Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Ermənilərə gəlincə isə bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır. 

Bəzən də deyilir ki, may ayında yağışlar çox olur. Bu dövr təbiətin ağlayan dövrüdür, təbiət ağlayarkən şadlıq eləmək olmazmış. Bəziləri də bu adətin köklərinin Qədim Romaya gedib çıxdığını deyir. Bəzi fikirlərə görə, "may" sözü "Maius" latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında "Lemuriya" deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.

Ancaq dindarlar mayda toy keçirilməməsinin ilahiyyatla bağlı olmadığını düşünür. Onların fikrincə, dini baxımdan may ayında xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur.

Sevinc

0