Əsəbdən ortaya çıxan kəşf: hər kəsin sevimlisinin MARAQLI TARİXİ

MARAQLI
12:02 / 02.05.2024
542

Bu gün böyükdən-kiçiyə əksəriyyət insanın çox sevdiyi çipslərin maraqlı tarixi var.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu xırtıldayan ləzzət üçün Afrika və Yerli Amerika mənşəli şef Corc Kruma təşəkkür etməliyik.

1853-cü ilin yayında Corc Krum Nyu-Yorkun Saratoqa Sprinqs şəhərindəki dəbdəbəli kurortda işləyirdi. Orada digər məhsullarla yanaşı, qalın dilimlənmiş və xırtıldayana qədər qızardılmış kartofda servis edilirdi.

Günlərin birində restorana gələn müştərilərdən biri kartofların çox qalın doğrandığını deyərək geri göndərir və daha incə dilimlənməsini istəyir. Corc isə bu tələb qarşısında əsəbiləşir və kartofu həddindən artıq nazik dilimləyərək qızardır. Maraqlıdır ki, müştəri kartofun bu qədər incə olmasını istəməsə də, önünə gətirilən yeməyi çox bəyənir.

Bu təsadüfi "kəşf" zamanla "Saratoqa çipsləri" olaraq adlandırılır və həmin restoranın "imza yeməyi"nə çevrilir.

Yəni çips Corcun yaradıcılığı və seçici bir müştərinin zövqü sayəsində formalaşıb.

Şef Corc Krum kəşfinin potensialının fərqinə varır və 1860-cı ildə öz restoranını açır, zəngin və seçilən qonaqları qəbul edərək məşhur kartof çipslərini təqdimatını keçirir.

Ancaq çipsin hekayəsi Corc Krumla bitmir. Tədricən daha da populyarlaşaraq 1920-ci illərdə mexanik kartof soyma maşınının ixtirası ilə kütləvi istehsalatı başlayır.

İllər ərzində ilk uğurlu marka olan "Lays" də daxil olmaqla fərqli markalar yaradılıb. 

ABŞ-də kartof çipsləri artıq sənaye halına gəlib və ildə 6 milyard dollardan gəlir gətirir.

 

0