Bəzən insanın vücudunda müəyyən qırıqlar yarana bilir.
Bu qırıqların sağalma müddəti və verdiyi ağrı isə şəxsə görə dəyişir. Çünki bu, həm də insanın səhhəti ilə bağlı olan məsələdir. Lakin bir neçə əsas mərhələni keçdikdən sonra sınıqlardan xilas ola bilərsiniz.
Bəs söhbət hansı mərhələlərdən gedir?
Hit.az sözügedən siyahını təqdim edir:
1. Sınığın sabitləşmə mərhələsi
İlk olaraq qırıq olan bölgə sabitləşdirilməlidir. Bunun üçün adətən gips, şin və ya metal lövhələrdən istifadə olunur. Bunları etməklə sınığın yanlış yerə birləşməsinin qarşısı alınır və sağalma prosesi düzgün gedir.
2. İnfeksiyaların təmizlənmə mərhələsi
Vücudunuzda qırıq əmələ gələn bölgəni infeksiyalardan qorumaq da olduqca vacibdir. Ümumiyyətlə, qırıq yaranan bölgədə qan axını artır və iltihab prosesi başlayır. Qırıq olan bölgənin sağalması üçün zədələnmiş toxumaların təmizlənməsi və bərpası olduqca mühümdür.
3. Yenilənmə mərhələsi
Zədələnmiş toxumaların bərpası prosesinə başlaması xüsusi bir mərhələdir. Bundan sonra sınıq bölgəsində yeni sümük toxuması yaranmağa başlayır və sınıq parçaları bir araya gətirilir. Həmçinin, bu proses zamanı osteoblastlar adlanan hüceyrələr yeni sümük toxuması əmələ gətirir.
4. Yenidən formalaşma mərhələsi
Bu mərhələ isə yeni əmələ gələn sümük toxumasının formalaşdırılması və gücləndirilməsi ilə bağlıdır. Beləliklə, yeni sümük sınıq bölgəsində köhnə sümük toxumasına bənzər bir quruluş qazanır və güclənir.
5. Sümüklərin gücləndirilməsi və reabilitasiyası mərhələsi
Sınıqların sağalmasının son mərhələsi isə sümüyün güclənməsi və reabilitasiyasıdır. Bu prosesdə fiziki müalicə və məşqlərdən istifadə olunur. Nəticədə sınığın meydana gəldiyi bölgənin hərəkəti sümük toxumasını gücləndirməyə və elastikliyini artırmağa kömək edir.
Pərviz