Son zamanlar çox insan yorğunluqdan şikayətlənir.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yorğunluq sindromunun əsas səbəbi insanın sinir sisteminin vəziyyətinə neqativ təsir göstərən uzunmüddətli emosional və psixiki gərginliklərdir:
“Psixoloji gərginliyin olması - güclü stressin, depressiyaların yaranması, daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. Xronik infeksion və virus xəstəlikləri, uzunsürən xəstəliklər, tez-tez baş verən residivlər də immun sisteminin işində pozğunluqlara səbəb olur ki, bu, sonda sinir sistemində gərginliyə, həyat gücünün zəifləməsinə gətirib çıxarır. Bununla yanaşı, qeyri-düzgün həyat tərzi - qeyri-rasional günlük rejim, yarımçıq yatma, hərəkətsizlik, təmiz hava, günəş şüalarının azlığı xronik yorgunluğa gətirib çıxarır. Xroniki yorğunluq qaraciyərə, ürəyə, həzm sisteminə, bir sözlə, bütün orqanizmə mənfi təsir edir və tez qocalmaya gətirib çıxarır”.
Sevinc