Son vaxtlar ictimaiyyətdə tez-tez qulağına xaç şəklində sırğa, sinəsinə boyunbağı taxan yeniyetmə və gənclərlə rastlaşırıq.
Xristanlığın simvoli sayılan xaç şəklində aksessuarldan istifadə yeni nəsil arasında sanki bir trendə çevrilib.
Maraqlı məqam ondan ibarədir ki, xristianlığın simvolu sayılan xaç bəzək əşyasına daha çox oğlanlar maraq göstərir.
Psixoloq Könül İsmayılova Hit.az-a bildirib ki, bir çox hallarda gənclər, yeniyetmələr fərqinə varmadan hansısa filmin təsirindən bunu aksessuar kimi qəbul edir:
“Ancaq unutmaq lazım deyil ki, xaç işarəsi sırf xristian simvoludur. Bunun üçün də xaç taxan şəxsdən onun hansı məqsədlə istifadə etdiyini soruşmaq lazımdır. Bəlkə də şəxs dinini dəyişib və yaxud məqsədli olmadan aksessuar kimi istifadə edir. Bir qisim gənclərimiz qeyri-adi görünmək üçün bu cür vasitələrə əl atır. Kimisi xaç şəkilli aksesuarlardan istifadə edir, kimisə də başqalarından seçilmək üçün müxtəlif vasitələrə əl atır. Mən deyərdim ki, gəncləri buna TikTok vadar edir”.
Sevinc